Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bu gün Avstriya prezidenti Aleksandr Van der Bellenin Fələstinə rəsmi səfərə gələcəyi gözlənilir.
Bu barədə Fələstin prezidenti Mahmud Abbasın siyasi müşaviri Məcdi əl-Xalidi məlumat verib.
Bildirilir ki, Avstriya prezidenti Rəmallahda Prezident Mahmud Abbasla görüşəcək. Məlumatda deyilir ki, görüş zamanı liderlər ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcəklər.
Görüşdə, həmçinin Yaxın Şərq sülh prosesində Avstriyanın oynaya biləcəyi rol müzakirə olunacaq, Amerika və İsrailin fələstinlilərə qarşı sərt siyasətinə toxunulacaq. Xalidi onu da bildirib ki, Avstriyanın Baş naziri də yaxın gələcəkdə Fələstinə səfər edəcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır