Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fransada mövcud vəziyyətə etiraz edən "Sarı jiletlilər"in tanınmış rəhbərlərindən biri Jerum Rudriqz fransız polisləri tərəfindən güllə yarası alaraq sağ gözünü əbədi olaraq itirib.
Şənbə günü Parisdə sülhməramlı etirazları kənardan seyr edən Jerum Rudriqz polis tərəfindən Fleş Bal silahı ilə ona atılan güllə nəticəsində bir gözünü itirib.
Bu haqda Rudriqz özü xəstəxanadan çıxdıqdan sonra feysbuk səhifəsində məlumat verib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır