23 yanvar 2019 - 17:48
Mərakeşdə bir terror qrupu dağıdıldı

Qeyd olunan qruplaşma Qələtus Sərağinə, Səla, Darul Beyza və Muhəmmədiyyə şəhərlərində fəaliyyət göstərirlərmiş. On üç nəfərdən ibarət olan bu qruplaşma üzvlərinin orta yaşları 22 və 44 yaş arasında olub. Həbs edilənlərdən iki nəfəri isə öncədən cinayət işlərində iştirak ediblər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Mərakeş Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İŞİD terror qruplaşmasına bağlı bir banda kəşf edilərək darmadağın edilib.

Qeyd olunan qruplaşma Qələtus Sərağinə, Səla, Darul Beyza və Muhəmmədiyyə şəhərlərində fəaliyyət göstərirlərmiş. On üç nəfərdən ibarət olan bu qruplaşma üzvlərinin orta yaşları 22 və 44 yaş arasında olub. Həbs edilənlərdən iki nəfəri isə öncədən cinayət işlərində iştirak ediblər.

Banda üzvləri qrup üzvlərindən üzvlük haqqı yığaraq onların beynlərinə İŞİD terror qruplaşmasının cəhənnəm düşüncələrini yeridirmişlər.

Kəşfiyyat zamanı əldə olunan məlumatlara görə, banda üzvləri Mərkeş hərbiçilərinə və vətəndaşlarına qarşı silahlı əməliyyat keçirt`mək niyyətində olublar.

Quplaşmanın gizləndiyi qərərgahda vəhhabiliyi yayan kitablar, elektron cihazlar və soyuq silahlar aşkarlanaraq zəbt edilib...

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır