16 yanvar 2019 - 18:03
Vaşenqton PressTV-nin aparıcısı Mərziyə Haşimini həbs edib

ABŞ polisi və məhkəmə orqanları Mərziyə Haşiminin saxlanılmasından 3 gün keçməsinə baxmayaraq, ona qarşı hansısa ittiham irəli sürmür və hansı səbəblə həbs olunduğuna aydınlıq gətirmirlər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ailəsi ilə görüşmək üçün Amerikaya səfər edən PressTV-nin aparıcısı Mərziyə Haşimi ABŞ polisi tərəfindən heç bir səbəb göstərmədən həbs edilib.

Məlumata görə, ABŞ polisi İslamçı journalist və TV aparıcısını həbs etdikdən sonra, onun hicabını əlindən alıb və ona tam örtünmək imkanı verməyən bir paltar veriblər.

Mərziyə Haşimi ailəsi ilə saxladığı əlaqədə əlləri və ayaqlarına qandal vurulduğunu və ona donuz ətindən hazırlanmış yeməklər verdiklərini amma, onun bu yeməkdən imtina etdiyini bununla da yeməkdən məhrum edildiyini bildirib.

PressTV-nin bildirdiyinə görə, əslən amerikalı olan Mərziyə Haşimi Amerikaya olan səfərlərində daim xüsusilə hava limanlında təhlükəsizlik işçiləri tərəfindən pis rəftarın şahidi olmasından şikayətlənərdi. Amma, indiyə kimi onunla bu şəkildə rəftar edilməmişdi.

ABŞ polisi və məhkəmə orqanları Mərziyə Haşiminin saxlanılmasından 3 gün keçməsinə baxmayaraq, ona qarşı hansısa ittiham irəli sürmür və hansı səbəblə həbs olunduğuna aydınlıq gətirmirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır