Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Cəmadiul Əvvəl ayının 5-i Kərbəla səhnəsinin Qəhrəmanı həzrət Xanım Zeynəbi-Kübranın (səlamullahi əleyha) mövludunun ildönümü günüdür.
Həzrət Zeynəb (səlamullahi əleyha) bütün zamanlarda bütün zülmə qarşı çıxan və azadlıqsevər qadın və kişilər üçün bir meyar və nümunədir.
Hər gün İslamın əziz Peyğəmbəri (səlləllahu əleyhi və alih)-in məhəbbəti və mərifətindən yeni bir ruh alan, həmçinin əziz atası, dünya şiələrinin birinci imamı Həzrət Əli(ə)-ın elmindən və bəyan tərzindən bəhrələnən Həzrət Zeynəbin (səlamullahi əleyha) ruhu, möhtərəm anası Həzrət Fatimeyi-Zəhranın (səlamullahi əleyha) mehribançılıqla dolu ağuşunda asayiş sahilinə çatdı.
O həzrət Həzrət İmam Husəynin (əleyhi səlam) şəhadətindən sonra özünü dünya şiələrinin dördüncü imamı Həzrət İmam Səccadın (əleyhi səlam) vücudunu qoramağa borclu bilirdi. Bu üzdən, ən çətin şəraitlərdə cinayətkarlar və zalımlar qarşısında dayandı və o həzrətlə çiyin-çiyinə, öz dağıdıcı çıxışları ilə İslam düşmənlərini rüsvay etdi.
Biz ABNA olaraq İslamın qəhrəman qadını Həzrət Zeynəbin (səlamullahi əleyha) mövludunun ildönümü günü münasibəti ilə bütün müsəlmanları, xüsusən şiələri və dünyanın digər azadlıqsevərlərini təbrik edir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır