Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 69645 nəfər artaraq 2018-ci il noyabr ayının 1-i vəziyyətinə 9 milyon 967 min 730 nəfərə çatıb.
Məlumata görə, Ədliyyə Nazirliyindən bu il doğulan körpələrə verilmiş adların son statistikası dəqiqləşdirilib.
Nazirliyin məlumatına görə, bu il körpələrə ən çox verilən oğlan adı Yusif, qız adı isə Zəhra olub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır