27 dekabr 2018 - 19:15
Regionda İran olmadan hansısa dəyişiklik baş vermir

İran İslam Respublikasının daxili işlər naziri İranın regional və beynəlxalq hadisələrdəki təsirli rolunun artıq hamıya aydın olduğunu bildirib və deyib: İranın iştirakı olmadan regionda heç bir proses təkmilləşmir.

nın məlumatına görə, Əbdülrıza Rəhmani Fəzli cümə axşamı deyib: İranın regiondakı təsir gücü xüsusilə qonşu ölkələr ilə malik olduğu ortaqlıqlar və bağlara söykənir. Bu ölkələr hər dəfə düşmənin hücumuna məruz qaldıqları zaman, kömək istədikləri təqdirdə, İran əlindən gələn  heç nəyi əsirgəməir.

İranın daxili işlər naziri əlavə edib: Amerika İrana qarşı siyasətlərində beynəlxalq arenada tək qalıb və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə yanaşı Avropa ölkələri, Rusiya, Çin və region ölkələri ABŞ hökumətini dəstəkləməkdən imtina ediblər.

Rəhmani Fəzli həmçinin deyib: Dünyanın ümumi fikrində İran bu gün öhdəliklərə sadiq bir ölkədir. ABŞ isə beynəlxalq öhdəlikləri pozan ölkə kimi tanınır.

.............

300