22 dekabr 2018 - 15:42
Tehran: “ABŞ-ın mövcudluğu əvvəldən səhv olub”

Bəhram Qasımi: “ABŞ qüvvələrinin regiondakı mövcudluğu elə lap əvvəldən səhv və səmərəsiz idi. Gərginlik və narahatlıq yaradırdı və həmişə regionda sabitsizliyin və təhlükəli vəziyyətlərin faktorlarından biri olaraq qəbul olundu”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi ABŞ əsgərlərinin Yaxın Şərqdəki mövcudluğunun ən başından bəri səhv olduğunu bildirib.

Telegram-dakı şəxsi səhifəsindən açıqlama verən Qasımi, ABŞ əsgərlərinin Yaxın Şərq regionundakı vəziyyəti sabitsizləşdirdiyini bildirib:

“ABŞ qüvvələrinin regiondakı mövcudluğu elə lap əvvəldən səhv və səmərəsiz idi. Gərginlik və narahatlıq yaradırdı və həmişə regionda sabitsizliyin və təhlükəli vəziyyətlərin faktorlarından biri olaraq qəbul olundu”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır