22 dekabr 2018 - 14:55
İİR-la 45 kilometrlik viza rejimi gündəmdə

Gilan vilayətinin İslam Şurası Məclisindəki –parlament nümayəndələri fraksiyasının sədri Bakıya olan səfəri zamanı Astara sakinləri üçün 45 kilometrlik viza rejiminin bərpa edilməsini gündəmə gətirib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Gilan vilayətinin İslam Şurası Məclisindəki –parlament nümayəndələri fraksiyasının sədri Bakıya olan səfəri zamanı Astara sakinləri üçün 45 kilometrlik viza rejiminin bərpa edilməsini gündəmə gətirib.

Vəli Dadaşi İran - Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədr müavini Eldar İbrahimov ilə görüşdə ikitərəfli əlaqələrdəki son durumu müzakirə edərək, parlamentlərarası əməkdaşlıqlar, yüksək səviyyəli nümayəndə heyətlərinin mübadiləsi habelə, birgə iqtisadi əməkdaşlıq komissiyasının gündəmində duran məsələləri araşdırıb.

İran Astarasının İran Parlamentindəki nümayəndəsi ikitərəfli əlaqələrin genişləndirilməsində parlamentlərarası dostluq qrupunun roluna təkid edib.

Dadaşi Azərbaycan Respublikası Dəmir Yolları İdarəsinin icraçı müdiri Cavad Qurbanov ilə də görüşdə yüklərin daşınmasında dəmir yolunun önəminə təkid edərək, Şimal-Cənub nəqliyyat marşrutunun təkmilləşdirilməsi prosesinin sürətləndirilməsini və Rəşt-Astara dəmir yolunun quraşdırılması əməliyyatında Azərbaycanın daha aktiv rol oynamasını istəyib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır