9 dekabr 2018 - 17:19
Fransa Trampın cavabını verdi: Burnunu soxma

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Paris müqaviləsinin Fransaya lazım olmadığını, ölkəni bütünlükdə etiraz dalğasının bürüdüyünü, insanların “Biz Trampı istəyirik” şüarları səsləndirdiyini yazmışdı.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fransa hökuməti ABŞ Prezidenti Donald Trampın Parisdə davam edən “Sarı jiletlilər” aksiyaları barədə fikirlərinə sərt reaksiya verib.

Bu barədə hökumətdən rəsmi açıqlama verilib.

“Tramp fransız siyasətinə burnunu soxmamalıdır”, - açıqlamada deyilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Paris müqaviləsinin Fransaya lazım olmadığını, ölkəni bütünlükdə etiraz dalğasının bürüdüyünü, insanların “Biz Trampı istəyirik” şüarları səsləndirdiyini yazmışdı.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır