24 noyabr 2018 - 16:35
Pakistanda mədrəsə önündə partlayış: 35 Şəhid, 45 yaralı – Foto

Hadisə Cümə günü Pakistanın şimal qərb nahiyyəsində yerləşən Xeyr-Pəxtunxa əyalətinin Kəlaye şəhərində Ənvarul Mədaris Elmi Hövzəsi önündə baş verib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, sionistyönlü sələfi terrorçuları Pakistanda Şiələrin kompakt yaşadıqları Kəlaye şəhərinin Bazarında yerləşən Elmi Hövzə önündə terror aktı həyata keçiriblər.

Anormal sələfi terrorçu-kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində 35 nəfər günahsız Şiə Şəhid, 45 nəfər isə yaralanıb.

Hadisə Cümə günü Pakistanın şimal qərb nahiyyəsində yerləşən Xeyr-Pəxtunxa əyalətinin Kəlaye şəhərində Ənvarul Mədaris Elmi Hövzəsi önündə baş verib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır