Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ-ın Florida ştatının Tallahassi şəhərində naməlum şəxs yoqa studiyasında atəş açıb.
Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Hadisə nəticəsində bir nəfərin öldüyü, dörd nəfərin yaralandığı bildirilir.
İnsidentdən sonra atəş açan şəxs intihar edib.
Polis hələ ki, onun kimliyini müəyyən edə bilməyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır