10 oktyabr 2018 - 18:00
 Tramp dördüncü dəfə olaraq Ərəbistandan bac istədi

Tramp: Kral Salmana Vaşinqtonun Ərəbistanı himayə etməsi müqabilində pul xərcləməli olduğunu bildirmişəm.

ABŞ prezidenti Donald Tramp tərəfdarları qarşısında etdiyi çıxışı zamanı dördüncü dəfə olaraq Ərəbistandan bac istəyib və deyib: Səudiyyə Ərəbistanı Vaşinqtonun Ər-Riyadı dəstəkləməsi müqabilində pul ödəməlidir.

Tramp əlavə edib: Kral Salmana bildirdim ki, öz mal varlığından Vaşinqtonun Ər-Riyadı himayə etməsinə görə pul ödəməlidir.

Ərəbistan kralı bundan öncə də dəfələrlə ABŞ prezidentinin təhqirləri və bac istəməsi ilə üzləşib. Sonuncu dəfə olaraq Tramp Ərəbistandan bac istəyərkən Ər-Riyadı təhqir edərək, kral Salmana ABŞ-ın dəstəyi olmadan 2 həftə belə öz ayaqları üzərində dayana bilməyəcəyinə dair xəbərdarlıq etdiyini demişdi. Ərəbistan kralı və vəliəhd Məhəmməd bin Salman isə bu təhqirlərə boyun əyərək, rüsvayçı sükuta qərq olmuşdular.

....................

300