Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranla bağlanmış nüvə sazişindən çıxdığını elan edib.
Ağ Ev rəhbəri İslam Respublikasına qarşı ən sərt sanksiyaların qəbul olunacağını xəbərdar edib.
Bundan əvvəl İran İslam Respublikasının prezidenti Həsən Ruhani, Birləşmiş Ştatların birtərəfli olaraq sazişdən çıxacağı təqdirdə, tarixində heç vaxt keçirmədiyi peşmançılığı keçirəcəyini bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır