Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya ordusunun İdilib vilayətində daha da irəliləməsi üçün fələstinlilərdən ibarət “Liva əl-Qüds” briqadasının dəstəyə gəldiyi bildirilir.
Hələb vilayətində bir neçə ildir Suriya ordusu tərəfindən döyüşən fələstinli döyüşçülərin terrorçulardan qənimət kimi əldə etdiyi ABŞ-a məxsus müasir silahlarla silahlandığı qeyd edilir.
Xatırladaq ki, “Liva əl-Qüds” briqadası Hələb, Palmira və Deyr əz-Zor vilayətində döyüşlərdə iştirak edib. Ən çox müasir silah Deyr əz-Zor vilayətində İŞİD-ə qarşı döyüşlərdə əldə edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır