Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu dəfə atışma ABŞ-ın Kaliforniya ştatında universitetdə qeydə alınıb.
Silahlı insidentin ştatın San-Bernardino universitetinin kampuslarından birində baş verdiyi bildirilib.
Universitet polis tərəfindən nəzarətə götürülüb. Tələbələrdən təşviş yaratmaq və dərs otaqlarını tərk etməmək xahiş olunub.
Hazırda polis faktı araşdırır.
Qeyd edək ki, ABŞ-ın təhsil ocaqlarında silahlı atışma aktları artıq özünə adi hal almışdır. Belə ki, hər il bu və bu kimi hadsələr dəfələrlə təkrarlanır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır