Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiya Xarici İşlər Nazirliyi Donald Trampın ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi barədə açıqlamasını narahatlıqla qarşılayıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qurum bununla bağlı rəsmi açıqlama da yayıb.
“ABŞ-ın qərarından narahatıq. Biz Qərbi Qüdsü israilin, Şərqi Qüdsü isə Fələstinin paytaxtı tanıyırıq. Düşünürük ki, bu doğru və balanslaşdırılmış mövqedir”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır