21 oktyabr 2017 - 11:03
HƏMAS rəsmiləri Tehrana səfər etdilər

Səfər zamanı İran İslam Respublikasının rəsmiləri ilə görüşlərin həyata keçiriləcəyi diqqətə çatdırılıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti və siyasi büronun sədr müavini Saleh əl-Aruri İranın paytaxtı Tehran şəhərinə səfər edib.

Nümayəndə heyətinin içərisində HƏMAS mətbuat katibi Sami Zuhrinin də olduğu vurğulanıb.

Səfər zamanı İran İslam Respublikasının rəsmiləri ilə görüşlərin həyata keçiriləcəyi diqqətə çatdırılıb.

Müzakirə olunan mövzular arasında “Fəth” hərəkatı ilə əldə edilən razılaşmanın da olacağı istisna edilmir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır