Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında bildirib:
“Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda keçiriləcək zirvə toplantısı üç ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından önəmlidir”.
B. Qasimi deyib ki, samitdə əsasən İİR-Azərbaycan, İİR-Rusiya və Azərbaycan-Rusiya arasındakı əlaqələrin inkişafına diqqət artırılacaq:
“Görüşdə Ölkələrin bir-birinə daha yaxın olan sahələrdə əməkdaşlıq prespiktivləri müzakirə olunacaq. Toplantıda üç ölkə prezidentinin regional və beynəlxalq məsələləri də müzakirə edəcəyi gözlənilir”, -deyə B. Qasimi bildirib.
XİN sözçüsü toplantının tarixini açıqlamayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır