Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Ayətullah Sistaninin Avropada ki nümayəndəsi Höccətul İslam Kəşmiri, Nəcəf şəhərində Avropadan gələcək tələbələr üçün böyük bir mədrəsə tikildiyini bildirib.
Yeni tikiləcək mədrəsədə tədris Avropanın məşhur dillərində olacaq.
Kəşmiri, bu mədrəsənin Avropada İslama qarşı yayılan mənfi fikirlərə qarşı müsbət fikirlərin formalaşmasında böyük rolu olacağını bildirib
İŞİD'in İraqda zərərsizləşdirilməsiylə əlaqədar İslam dünyasını təbrik edən Höccətul İslam Kəşmiri, bunları söyləyib: Təəssüf ki, İŞİD-in cinayətləri Avropadakı insanların fikirlərini İslama qarşı yönəldib. Avropa dövlətlərindən bəzilərinin isə bu işdə xüsusi bir planı olub. Onlar bəzi siyasi məqsədlər güdərək İslam dininə qarşı mənfi fikirlərin formalaşmasına dəstək veriblər. İraq və Suriyada məğlubiyyətə uğramış olan İŞİD ünsürləri yenidən ölkələrinə geri qayıdırlar. Ölkələrinə geri qayıdan İŞİD mənsubları həmin ölkələr üçün təhlükə mənbəyinə çevrilib. Onların əsl məqsədi İslamın imicinə xələl gətirməklə yanaşı Avropada formalaşmış islamafobiyanı gücləndirməkdir.
Kəşmir sözlərinin davamında bunları qeyd edib: "Bu gerçəkləri nəzərə alaraq, müqəddəs Nəcəf şəhərində bir mədrəsə açmağa qərar verdik. İnşallah bu mədrəsədə Avropalı gənclər təhsil görəcək və gerçək İslamı yaxından və əsl qaynaqlarından öyrənəcəklər. Bu mədrəsədə İngilis, Fransız və Alman dillərində təhsil veriləcək. Ümid edirəm ki bu yolla Avropada İslam əleyhinə yaradılmış mənfi fikirləri birdəfəlik aradan qaldırmağa nail olarıq. Bu mədrəsəni bu il Qədir-Xum bayramında açacağıq" deyə bildirib.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad laızmdır!