Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Haşd Şaabi-nin sözçüsü Əhməd əl-Əsədi, Telafer-in işid işğalından qurtarılması üçün planlaşdırılan əməliyyata aktiv bir şəkildə qatılacağlarını açıqladı.
İraq Könüllü Xalq Gücləri (Haşd Şaabi) sözçüsü Əhməd əl-Əsədi, Telafer-in qurtarılması üçün ediləcək əməliyyata İraqlı digər qüvvələrlə birlikdə Haşd Şaabi-nin də aktiv bir şəkildə qatılacağını söylədi.
Əhməd əl-Əsədi, "Haşd Şaabi-nin Telafer əməliyyatında iştirakı Silahlı Qüvvələr Baş Komandanı Baş nazir Heydər əl-İbadi-nin əmriylə olacaq" deyə bildirib.
2014-ci ildə işid tərəfindən işğal edilən Türkmən şəhəri olan Telafer, Mosul şəhərindən 65 kilometr məsafədə yerləşir.
Telafer, Mosulun qurtarılması əməliyyatı müddətində Haşd Şaabi tərəfindən mühasirə altına alınmışdı.
İŞİD-in Suriyayada Mosuldan sonra ən əhəmiyyətli mərkəzi olan Telafer-in nəzarət altına alınması, terror təşkilatının Suriya ilə əlaqəsinin ölçüdə kəsiləcəyinə gətirib çıxaracaq.
İraq Baş naziri Heydər əl-İbadi, etdiyi şərhdə Telafer-in qurtarılması üçün planlaşdırılan əməliyyata Haşd Şaabi ilə tayfa güclərinin də digər təhlükəsizlik gücləriylə birlikdə qatılacağını söyləmişdi.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!