3 avqust 2017 - 09:50
ŞOK-İrandan Səudiyyə Ərəbistanı qərarı

Möhsin Rzayi;"Səudiyyəlilər üzr istəməzsə, onlarla dostluq qurmaq strateji bir səhvdir"

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə- İran İslam Respublikasının məsləhət şurasının katibi, "Səudiyyəlilər üzr istəmədikləri halda, onlarla dostluq qurmaq strateji bir səhvdir" deyə bildirib.

 Twitter hesabından etdiyi bir paylaşmada, xarici işlər naziri Cavad Zərifin İstanbulda Səudiyyəli həmkarı Adil əl-Cubeyr-lə görüşməsi barəsində açıqlama verib.

Rza, yazdığı şərhdə "Səudiyyəlilər üzr istəməzsə onlarla dostluq qurmaq strateji bir səhv və keçmişin təkrarıdır" deyə bildirib.

Qeyd edək ki,Türkiyənin dəvətiylə  dünən İstanbulda təşkil edilən İslam Əməkdaşlıq Təşkilatında, İran və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri əl verərək görüşüblər.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Etiketlər