Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - İraq xalq gücləri, Suriya sərhədində 20-dən çox təkfirçi işid ünsürünü zərərsizləşdirib.
İraq xalq gücləri havadan İraq döyüş təyyarələrinin qatıldığı əməliyyatda, sərhəddə IŞİD-ə aid 8 hərbi texnikanı da məhv edib.
Dünən İraq ordusu, əl-Anbar məntəqəsində işid mövqelərinə təşkil etdiyi hava və quru hücumlarında 15 IŞİD qulduru öldürülüb.
İraq təhlükəsizlik mənbələri, İraqda təxminən 4 min işid ünsürünün olduğunu bildirir.
Bu arada Telafer'də işid müftisinin yoldaşı ilə 3 övladının intihar etdiyi bildirilib.
Suriyanın şimalında yerləşən Rakka şəhərinin 3 kəndində, işğaldan qurtarma əməliyyatları nəticəsində 37 işid ünsürü öldürüldü.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!