31 iyul 2017 - 13:18
İsrail polisi Yafada bir fələstinlini şəhid etdi

Terror rejimi olan qondarma İsrail polisi, Yafa diyarında "dur xəbərdarlığına" tabe olmadığı iddiasıyla bir fələstinlini şəhid etdi.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi xəbərə görə - Terror rejimi olan qondarma İsrail polisi, Yafa diyarında "dur xəbərdarlığına" tabe olmadığı iddiasıyla bir fələstinlini şəhid etdi.

Alınan xəbərlərə görə bu cinayətin ardından Yafa'da sionist gücləriylə Fələstinlilər arasında qarşıdurma yaşandı.

Fələstinlilərin həmin cinayətə cavab olaraq yolları bağladıqları açıqlanıb.

 1948-ci ildə işğal edilən torpaqlardakı Yafa şəhərində dünən səhər erkən saatlarda öldürüldüyü bildirilən Fələstinli gənc gecə minlərlə insanın qatıldığı cənazə mərasimiylə torpağa verildi.Yafa şəhəri sakinlərindən 22 yaşındakı Mehdi Cemal Əs-Saadi'nin cənazə mərasiminə qatılanlar, işğal altındakı torpaqlarda yaşayan fələstinlilərə qarşı irqçi ayrı-seçkilik etməklə günahlandırdıqları işğal polisi əleyhinə şüarlar səsləndirib.Yafa şəhəri küçələrində işğal gücləriylə Fələstinli gənclər arasında qarşıdurmaların yaşandığı, gənclərin işğal güclərinə daş və boş şüşə yağdırdığı belirtildi.Bu vaxt, Es-Saadi'nin ailəsi, Fələstinli gəncin işğal gücləri üçün heç bir təhlükə mənbəyi olmamasına baxmayaraq qəsdən və mühakiməsiz öldürüldüyünü söylədi.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Etiketlər