Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində ədalətsiz hakim Zeynal Ağayevin sədrliyi ilə “Nardaran işi-3” üzrə Şiə Ruhanilərindən olan Höccətül İslam Hacı Zülfüqar Mikayılov, Höccətül İslam Hacı Seyyid Elman Ağayev, Höccətül İslam Ramil Seyfullayev, Höccətül İslam Ruzi İsmayılov və Şiə aktivistlərindən olan Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov və Cabir Əliyevin qondarma cinayət işi üzrə sifarişli məhkəmə iclası keçirilib.
Vəkili Akif Əliyev Rakurs.tv-yə bildirdi ki, 28-i tarixində Elman Ağayevin telefonuna gələn maraqlı məqam olub. Yəni, Elman Ağayev bir din xadiminə cavab olaraq bildirib ki, "Hacı, siz özünüz də bilirsiniz ki, Nardaran hadisələri ilə bizim heç bir əlaqəmiz yoxdur. Güclə bizim boynumuza qoymaq istəyirlər amma bizimlə bir əlaqəsi yoxdur" …
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır