25 iyul 2017 - 02:25
E.Mustafaoğlu kassasiya şikayəti verdi

Kassasiya şikayətinə Ali Məhkəmədə baxılacaq.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əliyevlər rejiminə xəyanətdə ittiham olunan İlahiyyatçı, QMİ-in sabiq sektor müdiri Elşən Mustafaoğlunun barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verilib.

Kassasiya şikayətinə Ali Məhkəmədə baxılacaq. Cinayət işi araşdırılması üçün hakim Gülzar Rzayevanın icraatına verilib. Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə E.Mustafaoğluna hökm oxunub. O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır