20 iyul 2017 - 13:07
Coni İsakson: Yəmənin sülh məsələsində S.Ərəbistanı və BƏƏ-dən istifadə olunmamalıdır

BMT tərəfindən qətnamənin qəbul olmasını istəyən İsakson, bunu böhran həlli və siyasi həll yoluna çatmaq üçün yegan variant olmasını bildirib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, cari ayın 11-də keçirilən iclasda ABŞ senatori İsakson “Yəmənin sülh layihəsi”ni təqdim edib.

“Medium” saytının jurnalistinin verdiyi xəbərə görə, Omman hərbi qüvvələrinin üçüncü tərəf olaraq BMT tərəfindən vasitəçi rolunu oynamasını təklif edən Coni İsakson bildirib: “Bu qüvvələr Əl-Hədidə bölgəsində yerləşdirilməlidir. Bu məsələdə S.Əərbistanı, BƏƏ və Misirdən istifadə olunmamalıdır. Fikrimcə S.Ərəbistanı bu böhranı sonlandıra və meydandan qalib olaraq ayrıla bilməz.”

BMT tərəfindən qətnamənin qəbul olmasını istəyən İsakson, bunu böhran həlli və siyasi həll yoluna çatmaq üçün yegan variant olmasını bildirib.

“Lakin Riyad Mənsur Hadinin əsas himayədarı olaraq bu qüvvələri Yəməndə yerləşdirsn. Riyad və Mənsur Hadi öz tələblərində ciddi formada güzəştə getməli idilər. Riyadın mənafelərinin BMT tərəfindən təmin olunmasını gözləməsi məntiqsizlikdir.”-deyə İsakson bildirib.

Qeyd edək ki, Yəmən-S.Ərəbistanı arasında müharibə 4 aydır ki, üçüncü ilini arxada qoyub. BMT-nin hesabatına görə, bugünədək 8 min ölü, 42 min yaralı qeydə alınıb. Uşaq və qadınlar üçün həyat olduqca ağırlaşıb. Ölnələrin 60%-ini sivil vətəndaşlar təşkil edir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır