Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyə, Səudiyyə rejimi, ABŞ, Qərb dövlətləri və qondarma israil rejiminin dəstək verdiyi “İŞİD” terrorçu ünsürləri bir daha İraqda kimyəvi bombalardan istifadə etdi. Belə ki, terror qüvvələri qərb ölkələrindən aldıqları kimyəvi bombalarla Mosul şəhərini bombalayıblar.
Məlumata görə, qondarma “İŞİD” ünsürləri Mosul şəhərinin əl Sovrə məhəlləsini zəhərli xardal qazını ehtiva edən 6 ədəd havan topu ilə vurublar. Nəticədə 6 sivil Şəhid olaraq daha 12 sivil atılan kimyəvi bombalarla yaralanmışdır.
Terrorçu ünsürlərin belə bir cinayətə əl atmaları İraq Silahlı Birləşmələrinin əl Sovrə məhəlləsində irəliləyişlər əldə etdiyinə, terrorçular isə mühasirə dairəsinin daha da daralmasına görə olub.
Qeyd edək ki, terrorçu ünsürlər bir neçə ay ərzində təkcə Mosul şəhərində 6 kimyəvi hücumlar həyata keçirmişlər. Ötən gün xərdəl qazlarından istifadə etmələri isə, 7-ci kimyəvi hücum idi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır