Əhlibeyt (ə) Xəbər Agentliyi-Bir neçə gün əvvəl Mehman Hüseynovu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən gələn həkimlər müəyinə ediblər. Müayinədən sonra bildirilib ki, bloqqerin cərrahi əməliyyata ehtiyacı var. İslamazeri.com-un xəbərinə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
Həkimlər M.Hüseynovun əməliyyat olunması üçün vəkilinin yenidən müraciət etməli olduğunu bildiriblər.
Vəkil Mehman Hüseynovun əməliyyat olunması üçün yenidən müraciət göndərdiyini qeyd edib.
Elçin Sadıqov həmçinin bildirib ki, Hüseynov cəzaçəkmə müəsissəsinə köçürülməyib.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarı təcridxanaya daxil olduğu üçün sırağa gün Mehman öz kamerasından başqa kameraya - tranzit məhbusların saxlandığı kameraya köçürülüb. Bloqqerin dünən cəzaçəkmə müəsissəsinə köçürülməsi gözlənilirdi.