Əhlibeyt (ə) Xəbər Agentliyi-Nardaran hadisələrinə görə həbs olunmuş "Müsəlman Birliyi" Hərəkatının üzvü Abbas Hüseyn Bakı İstintaq Təcridxanasından hüquq müdafiəçilərinə və beynalxalq təşkilatlara müraciət ünvanlayıb.
Yaxınlarının Meydan TV-yə təqdim etdiyi müraciətdə deyilir:
"Əziz hüquq müdafiəçiləri və ictimaiyyət nümayədələri!
Bilirsiz ki, illərdir Azərbaycan hakimiyyəti öz xalqına qarşı fiziki və mənəvi terror törətməkdədir. Haqq sözü deyənləri şər-böhtanlarla zindanlara salır və işgəncələrə məruz qoyurlar. Biz əzəl gündən vətənimizdə hər kəsin firəvan yaşaması üçün əlimizdən gələni etmişik. Daim məzlumların yanında, zalımların önündə olmuşuq.Mən aprel ayının 5-də Bakı İstintaq Təcridaxanasında qanunsuz olaraq karsa salınmışdım. Karsda məndən başqa bir neçə nəfər də var idi. Onlara təcridxananın işçiləri amansız davranır, əl-qollarını bağlayıb işgəncələr verir və pis söyüşlərlə təhqir edirdilər. Biz zülmkarlara etiraz etdiyimiz üçün zindana salındıq və öz etirazımızı da edirik. Və burdan hər kəsə-xüsusən də hüquq müdafiəçilərinə və media nümayəndələrinə səslənirəm ki, bu məsələ ilə bağlı addım atsınlar, öz təsiredici mexanizmlərini işə salsınlar".
Diqqət! Xəbərdən istifadə etdikdə mənbyə istinad lazımdır!