Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 16. 12. 1992-ci ildə mərhum Nəcməddin Ərbəkan Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəzl Elçibəy ilə Bakı vaxtı ilə 09:00-da Bakıda keçirtdiyi görüşündə bir sıra faktları Elçibəyin qarşısına qoyur. Və bildirir ki, Türkiyə Prezidenti Dəmirəlin Qarabağ Müharibəsi zamanı ermənilərə buğda, elektrik, silah yardımı etdiyi bilinən məsələdir. Əbülfəz Elçibəy isə gülümsəyərək bu faktları danmır və Qarabağ müharibəsində Türkiyənin mövqeyinin belə də olmalı imiş kimi qəbul edir.
Qeyd edək ki, bu videoda rəhmətlik Ərbakan bunu Türkiyədən kömək gözləyən və 200 milyon dollar kredit üçün Türkiyəyə yalvaran Elçibəyin üzünə deyir. Elçibəysə gülüb "biz burdan baxanda hamımız qardaş kimiyik" deyərək söhbəti bağlayır.
Bildirək ki, Elçibəy İİR-ın Azərbaycan Respublikasına milyonlarla dolların verilməsi təklifini etsə də, Elçibəy bu təklifi rədd etdiyini vurğulayır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır