13 aprel 2017 - 16:08
Trampın mətbuat katibi “ədəbsiz” çıxış etdi

ABŞ Prezidenti Donald Trampın mətbuat katibi bəyanatına görə üzr istəyib.

Əhlibeyt (ə) Xəbər Agentliyi-ABŞ Prezidenti Donald Trampın mətbuat katibi Şon Spayser uğursuz müqayisəsinə görə üzr istəyib. Belə ki, o, Suriya Prezidenti Bəşər Əsədi Adolf Hitlerlə müqayisə edib.  Məlumata əsasən, Spayser öz bəyanatını “yersiz” və “ədəbsiz” adlandırıb.  İdlibdəki kimyəvi hücumu şərh edərkən, Spayser yenidən Əsədi “iyrənc hücumlarda” ittiham edib. Demokratlar isə öz növbəsində ABŞ Prezidentinin mətbuat katibinin istefa verməsini tələb ediblər.

Etiketlər