11 aprel 2017 - 14:57
Rusiyadan Türkiyəyə Suriya xəbərdarlığı!

Rusiya Federasiyasının Müdafiə Komitəsi sədrinin müavini Frants Klintseviç, Türkiyənin ABŞ-ın siyasətini təqib etməsinə görə, Orta Şərqdəki mövqeyini qorumasının çətin olduğunu bildirdi.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Klintseviç ictimai Facebook hesabından verdiyi açıqlamada, "Türkiyənin ABŞ-ın siyasətini izləməsi ilə Orta Şərqdəki mövqeyini qorumasının çətin olduğunu bildirib. Amerikalılar atəşi xaricilərin əlləriylə qalayaraq, hadisə baş verdikdən sonra, yalnız öz maraqlarını qoruyurlar, onsuz da bunu tarix sübut edib "deyə bildirib.
Senator, Türkiyə xarici işlər nazirinin açıqlamalarını Rusiya yönəlik olmadığını, burada böyük ehtimalla anlaşılmazlıq yaşandığını söylədi. Eyni zamanda Klintseviç, Rusiyanın məqsədinin Suriya prezidenti Əsədin dəstəkləmək olmadığını, əksinə Suriya xalqının azad seçimi üçün ən əlverişli şərtlərin yaradılması olduğunu qeyd etdi.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Etiketlər