1 aprel 2017 - 19:40
Belçikalı Doktor İmam Rza-nın türbəsində Müsəlman Oldu

Belçikalı bir qadın həkim, İranın şimal şərqində yerləşən Məşhəd şəhərində İmam Rzanın -ə.s- müqəddəs türbəsində şəhadət kəliməsi gətirərək müsəlman oldu.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Belçikalı bir qadın həkim, İranın şimal şərqində yerləşən Məşhəd şəhərində İmam Rzanın -ə.s- müqəddəs türbəsində şəhadət kəliməsi gətirərək müsəlman oldu.

IRNA'nın bildirdiyinə görə Müqəddəs Rəzəvi türbəsinin İranlı olmayan ziyarətçilərinin müdiri Məhəmməd Cavad Haşimi Nejad verdiyi açıqlamada, İslam dini ilə tanış olan Belçikalı həkim qadın "Miri Fabiol Lamorit" in İslam dini mövzusunda araşdırma edərək müsəlman olmağa qərar verdiyini ifadə etdi.

Haşimi Nejad Belçikalı həkimin müsəlman olmasından sonra Məryəm adını seçdiyini də ifadə etdi və 2016-ci ildə 30 adamın mütəhhər Rəzəvi türbəsində müsəlman olduğunu söylədi.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Etiketlər