Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata əsasən- Pakistanın şiə şəhəri olan Paraçinar da bu gün günortadan əvvəl meydana gələn partlamada, ilk təyin etmələrə görə,22 nəfər şəhid olub və 90 nəfər yaralanıb.
Yaralılardan çoxunun vəziyyəti ağır olduğundan, şəhid sayının çoxalma ehtimalı vardır.
Partlayış, qadınların məscidə girdikləri qapı tərəfində meydana gəldiyi üçün həyatını itirənlərin bir çoxunu qadın və uşaq olduğu bildirilir.
Bölgədə fövqəladə hal elan edildiyi zaman bütün səhiyyə qrupları hazır oldu.
Partlamanın kilometrlərlə uzaqda eşidildiyi deyilir.
Pakistanın prezidenti Mənnu Hüseyn və baş naziri Məhəmməd Navaz Şərif Paraçınar da meydana gələn terror hücumunu tənqid etdilər. Terror Hücumunda həyatını itirənlərin ailələrinə Allahdan səbr, yaralılara isə təcili şəfa istədilər.Səlahiyyətlilərdən yaralıların müalicəsi üçün lazım olan bütün imkanları etmələrini tələb etdilər.
Pakistanın şiə bölgəsindən olan Paraçinar şəhəri, bu vaxta qədər bir neçə dəfə Taliban və radikal terror təşkilatları tərəfindən terror hücümlarına məruz qalmışdır.
Hücumu '' Camaat-ül Ahrar '' adlı terror təşkilatı öz üzərinə götürüb.
Təşkilat, paylaşdığı videoyla '' Paraçınar '' hücumunu boynuna götürdüyünü bildirib.












Diqqət!Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.
Təşkilat, paylaşdığı videoyla '' Paraçınar '' hücumunu boynuna götürdüyünü bildirib