31 mart 2017 - 16:15
Türkiyə İraqın ərazi bütövlüyünü dəstəkləmir.

BMT baş katibi Antonio Guterres, İraq xarici işlər naziri İbrahim Cəfəri ilə Bağdadda görüşüb

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - BMT baş katibi Antonio Guterres-in, İraq xarici işlər naziri İbrahim Cəfəri ilə Bağdadda reallaşdırdığı görüşdə Mosul şəhərinin qurtarılmasının İraqın vəhdəti və birliyi üçün əhəmiyyətli rol oynadığını vurğulayaraq "Biz hər zaman İraqın terror ilə mübarizəsini dəstəkləyirik "deyə bildirib.

İraqa hər cür beynəlxalq dəstəyi təmin etdiklərini deyən Antonio Guterres "İraq hökumətinin terror ilə mübarizədə göstərdiyi müvəffəqiyyət və əzm beynəlxalq cəmiyyətində bu mübarizəni dəstəkləməsini təmin etmişdir" deyə bildirib.

İraq xarici işlər naziri İbrahim Cəfəri isə verdiyi açıqlamada; BMT-dən daha çox humanitar yardım gözlədiklərini vurğulayaraq İraqın şimalındakı Türkiyənin isə İraqın ərazi bütövlüyünü təhdid etdiyini ifadə etdi.

İbrahim Cəfəri "Ərəb Birliyi başda olmaqla bir çox ölkə Türkiyənin Başika düşərgəsindən çıxması lazım olduğunu bildirməsinə baxmayaraq Türkiyə, İraqın ərazi bütövlüyünü görməməzlikdən gəlməkdədir" deyə bildirib.

Diqqət! Xəbərdən istifadə edtikdə mənbəyə iasinad lazımdır!

Tags