Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - işid terror təşkilatının hazırladığı video inanılmaz dəhşətli səhnələriylə hamını təcübləndirib. Beləki bu video çarxda uşaqlara necə insan öldürəcəkləri öyrədilir.
Bu videoda, üzərlərinə qara paltarlar geyinmiş və bellərində tapança olan uşaqlar göstərilir və necə nişan alaraq insan öldürmək öyrədilir.
Ayrıca Skaynews, şübhəli Işid uşaqların saxlanıldığı həbsxananın, Kürdüstanın Erbil bölgəsində yerləşdiyini yazır. Bu həbsxanada yeniyetmələr işid tərəfində hərbi təlim almış uşaqlardır. Bu zindanda kı yeniyetmələrdən biri, Skaynews müxbirinə verdiyi açıqlamada, İŞİD-ə qarşı olmasını bildirərək işid ünsürlərinin onları zorla döyüşməyə sövq etdiklərini və ya şəhadət vədiylə onları radikal ideologiyalarını öyrənməyə təşviq edərək aldatdıqlarını söyləyib.
Mahmud adındakı bu uşaq yalnız 12 yaşındadır və 7 ay İŞİD-in təlim düşərgəsində olub; Skaynews-a bunları söylətib: bu düşərgədə qaçmağa çalışdığım zaman şiddətlə cəzalandırıldım.
İŞİD, bu uşağı bir gün ərzində aç və susuz həbs edərək, ertəsi gün yalnız bir az su verib.
Bu aldadılmış uşaq İŞİD-ə necə qatıldığını belə izah etdi: Bir gün yoldaşım gəldi və mənə bir neçə fotoşəkil göstərdi və dedi ki, mənimlə gəl; onlar sənə silah, avtomobil və qadın verəcəklər; bizimlə gəl. Onların cənnətdə huriləri var.
Mahmud sözlərinə bunları əlavə etdi: İŞİD ünsürləri hazırladıqları videolarda bu uşaqlara necə intihar hücumu reallaşdırılacğı, silahlardan necə istifadə edilməsini və zirehli maşınları necə hədəfə alacaqlarını öyrədir.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!