29 mart 2017 - 02:27
Buddist vəhşilikləri davam edir, Ruhinqa- Arakan Müsəlmanlarına qarşı zorakılıqların sonu yoxdur – Video

Xatırladaq ki, Myanmada 3 milyon Ruhinqalı- Arakan Müsəlmanı yaşayır. Onlar əsasən ölkənin qərbində məskunlaşıblar. Müsəlman kütləsinə qarşı soyqırım və misilsiz vəhşiliklər bu günə kimi davam etməkdədir...

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ, Qərb Birliyi, Türkiyə, Səudiyyə rejimi və sionist israilin Yaxın Şərqdə dəstəklədiyi vəhhabi – sələfi terrorçuları Asiyada isə Yaponiyanın 5-ci kaloniyası olan Myanma dövləti və buddistlər Müsəlmanlara qarşı amansız rəftarlarını davam etdirirlər...

Aşağıda gördüyünüz bu video Myanma buddistləri telfona çəkərək Müsəlman cavan kişiləri necə təhqir etdiklərini sosial şəbəkələrdə yayımlayaraq bütün dünyaya göstərirlər.

Qeyd edək ki, 2012-ci ilin ilk aylarından bu günə kimi Myanma Müsəlmanlarına qarş olunan cinayət qurbanları haqqda əldə dəqiq statistika mövcud deyil. Lakin qeyri rəsmi məlumatlara görə, 1500-dən artıq Müsəlman dövlət orqanları və buddistlər tərəfindən soyqırıma məruz qalaraq kütləvi bastırılıb, 300,000-dən artıq insan isə öz yurd-yuvalarından didərgin salınaraq qaçqın həyatı sürməyə vadar olunub və 40 min Müsəlman fəal rəsmi dövlət qrumları tərəfindən müxtəlif bəhanələr ilə, həbs edilərək zindanlara salınıb...

Myanmanın Milli Birlik Təşkilatının məlumatına görə, təkcə 2012-ci ilin may ayında Myanmanın qərbində gedən toqquşmalarda və evlərin yandırılması nəticəsində 100 mindən artıq Müsəlman evsiz-eşiksiz qalıb.

2012 ci ildə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Myanma hadisələrinə reaksiya olaraq, Myanma hökumətinin, beynəlxalq dairələrin və İslam Əməkdaşlıqları Təşkilatının dərhal ciddi tədbirlər görmələrini istəyib.

İslam Əməkdaşlığı Təşkilatının baş katibi Əkmələddin Ehsanoğlu 2013-cü ildə deyib: Ötən 30 ildə Ruhinqa Müsəlmanları Myanmada insan haqlarının kobud formada pozulması, irqi təmizləmə, soyqırımı, təcavüz və məcburi mühacirət kimi ciddi problemlərlə üz-üzədir...

Xatırladaq ki, Myanmada 3 milyon Ruhinqalı- Arakan Müsəlmanı yaşayır. Onlar əsasən ölkənin qərbində məskunlaşıblar. Müsəlman kütləsinə qarşı soyqırım və misilsiz vəhşiliklər bu günə kimi davam etməkdədir...

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır