Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Rusiya Dövlət Başçısı Vladimir Putinin dəvəti ilə Moskvada olan İran prezidenti Həsən Ruhani, Rusiya baş naziri Medvedev ilə görüşdü.
Prezident Həsən Ruhani dünən axşam Moskvada Rusiya Baş naziri Dmitri Medvedev ilə görüşündə; Rusiya ziyarətində siyasi, iqtisadiyyat, mədəni və beynəlxalq mövzularda ortaq əməkdaşlığın inkişaf prosesinə çalışdıqlarını bildirib.
Tehran və Moskvanın regional və beynəlxalq məsələlər üzrə əməkdaşlığa toxunan Ruhani; "Heç şübhəsiz, bölgədə sabitlik və təhlükəsizliyin təmin edilməsində İran və Rusiyanın əməkdaşlığının müsbət təsirləri olacaq." deyə bildirib.
Görüşdə Rusiya baş naziri Dmitri Medvedev də İran xalqı və prezidentini Novruz bayramı ikə əlaqədar təbrik edərək, Rusiyanın bütün sahələrdə İran İslam Respublikası ilə əlaqələrini inkişaf etdirməkdə qərarlı olduğunu söylədi. Medvedev, İran Prezidentinin Rusiya səfərinin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli olduğuna işarə edərək, hal hazırda iki ölkə əlaqələrində müsbət bir mühitin yaşandığını və heç şübhəsiz bu səfərin də ikitərəfli əlaqələrin dərinləşməsinə kömək olacağını söylədi.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!