22 mart 2017 - 14:58
Azərbaycan İslam Partiyası Mövsüm Səmədovun karsa salınması ilə bağlı bəyanat verib

Hesab edirik ki, Hacıya qarşı baş verən haqsızlıqlar onun barakda namaz qılması ilə deyil, sadəcə səhhətinin təhlükəli həddə çatdırılmasına, fiziki cəhətdən aradan aparılmasına ölçülmüşdür...

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 2011 ci ilin Yanvar ayının 2-də ölkədə gedən özbaşnalıqlara və sosial problemlərə etiraz edərək korrupsiyanın sona yetməsini istədiyi üçün mövcud əliyevlər rejimi tərəfindən ŞƏRLƏNƏRƏK 12 müddətində azadlıq nemətindən məhrum edilən Azərbaycan İslam Partiyasının lideri Doktor Mövsüm Səmədov yenidən kares rejiminə salınaraq vaxtı daha iki ay müddətində uzadılıb.

Baş verən bu özbaşınalıqlara etiraz olaraq Azərbaycan İslam Partiyası bəyanat yayıb.

Bu braədə "İslaminSesi"nə partiyanın Mətbuat Xidmətindən məlumat daxil olub.

 

 Bəyanatda deyilir:

AİP lideri Doktor Hacı Mövsüm Səmədova qarşı qərəzli işgəncə halları davam edir.Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində məhbus həyatı yaşayan Səmədov müəssisə səlahiyyətlilərinin məqsədli, neqativ münasibətilə qarşılaşmaqdadır. O, müxtəlif bəhanələrlə həbsxanada cəza çəkən məhbuslarla ünsiyyətdən belə təcrid olunur. Artıq bu müəssisəyə daxil olduğu qısa müddət ərzində bir neçə dəfə karser rejiminə salınmış, nəticədə bu, dəyərli ictimai-siyasi xadim, böyük İslam alimi Doktor Mövsüm Səmədovun səhhətində problemlərin yaranmasına səbəb olmuşdur.

Hesab edirik ki, Hacıya qarşı baş verən haqsızlıqlar onun barakda namaz qılması ilə deyil, sadəcə səhhətinin təhlükəli həddə çatdırılmasına, fiziki cəhətdən aradan aparılmasına ölçülmüşdür. Buna görə də Azərbaycanın sağlam ictimaiyyətini, xüsusən də dini cameəni Mövsüm Səmədovun əvvəlcə üç günlük, bu müddət bitdikdən sonra isə daha iki ay müddətinə karser rejiminə salınması, məhz Novruz bayramı günlərini qapalı və ağır rejimdə keçirməyə məhkum edilməsi ciddi narahat edir.

Azərbaycan İslam Partiyası bəyan edir ki, Doktor Mövsüm Səmədova qarşı bu işgəncələr Azərbaycanda və bütövlükdə demokratik aləmdə insan haqq və hüquqlarının kobud şəkildə pozulması, vətəndaşlara, o cümlədən məhbus həyatı yaşayan insanlara qarşı yönəlmiş ambisiyalı, açıq düşmənçilik, insanların fiziki və mənəvi cəhətdən məhv edilməsi halı kimi qiymətləndirilməlidir. Buna rəğmən dünyada insan haqlarının, İslami dəyərlərin və bu dəyərlərin daşıyıcılarının qorunmasında maraqlı olan dövlətlərin, xalqların, dövlət rəhbərlərinin, ictimai-siyasi təşkilatların, ayrı-ayrı institutların, beynəlxalq qurumların fikir və düşüncələri, obyektiv mövqeləri vacib və əhəmiyyətlidir.

Düşünürük ki, dəyərli ruhani alimlərə yönəlik neqativ münasibətlər müqəddəs dinimizə olan münasibətdən doğur. Bu isə vətəndaşlarının 97 faizi müsəlmanlardan ibarət bir məmləkətdə yolverilməzdir. Onu da unutmaq olmaz ki, torpaqlarımızın 20 faizini işğal altında saxlayan düşmənlərimiz ölkəmizdə insan haqlarının kobud şəkildə pozulmasını gündəmə gətirməklə dünya ictimaiyyətinin fikrini öz maraqları baxımından dəyişmək üçün istifadə edirlər. Nəticə etibarı ilə Hacı Mövsümlərə qarşı düşmənçilik əsl düşmənlərimizin maraqlarına xidmət etmiş olur.

 

Azərbaycan İslam Partiyası

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır