Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata əsasən -general mayor Əmir Əli Hacızadə dünən Tehranda deyib: Sepah son günlər ərzində "Hormoz-2" tipli dəniz ballistik raketini uğurla sınaqdan keçirib.
General Hacızadə əlavə edib: "Hormoz-2" raketi 250 kilometrlik məsafədə yerləşən hədəfi uğurla məhv edə bilibdir.
Bu raket Oman dənizindəki Məkran sahillərindən çox kiçik bir hədəfə doğru atılıb və onu vurubdur.
"Hormoz-2" raketi bir dəniz ballistik raketi olaraq, dəniz səviyyəsindəki qeyri-sabit hədəfləri yüksək dəqiqliklə hədəfə ala bilir.
Raketin mənzili, təqribən 300 kilometrdir.
Bu raket İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandan əvəzi general mayor Hüseyn Səlaminin sözlərinə görə, ən mühüm və ən özünəməxsus İran raketlərindən biri olaraq, İran raketinin atası sayılan şəhid general-leytenant Həsən Tehrani Moqəddəm tərəfindən konstruksiya edilərək, düzəldilibdir.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.