9 mart 2017 - 09:43
İraqın ikinci böyük həbsxanası İŞİD-dən geri alındı

İraq qüvvələrinin, ölkənin ikinci böyük həbsxanasını terror təşkilatı olan İŞİD-dən geri aldığı bildirildi.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə -İraq dövlət televiziyasının xəbərinə görə, Mosul Əməliyyatlar Komandiri General-leytenant Abdülemir Yarullah, Baduş həbsxanasını İŞİD-dən geri aldığını açıqladı.

Mosulun təxminən 25 kilometr qərbində yerləşən Baduş Həbsxanası, Mosulun ən böyük  Əbu Gurayb Həbsxanasından sonra ikinci böyük həbsxanası olaraq tanınır.
İŞİD,
2014-cü ilin İyun ayında  Mosulun Baduş həbsxanasını ələ keçirərək, buradakı məhbusların bir hissəsini edam etmişdir.
Dünya insan haqqları təşkilatlarına rəyinə görə, Baduş həbsxanasında təxminən 500 nəfər İŞİD  tərəfindən edam edilib.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Etiketlər