Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə -İraq dövlət televiziyasının xəbərinə görə, Mosul Əməliyyatlar Komandiri General-leytenant Abdülemir Yarullah, Baduş həbsxanasını İŞİD-dən geri aldığını açıqladı.
Mosulun təxminən 25 kilometr qərbində yerləşən Baduş Həbsxanası, Mosulun ən böyük Əbu Gurayb Həbsxanasından sonra ikinci böyük həbsxanası olaraq tanınır.
İŞİD, 2014-cü ilin İyun ayında Mosulun Baduş həbsxanasını ələ keçirərək, buradakı məhbusların bir hissəsini edam etmişdir.
Dünya insan haqqları təşkilatlarına rəyinə görə, Baduş həbsxanasında təxminən 500 nəfər İŞİD tərəfindən edam edilib.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!