1 mart 2017 - 15:23
Ayətullah Şəbistəri: Qarabağ İşğaldan azad edilməlidir

Dünya Əhlibeyt (ə) Qurultayının Yüksək Şura üzvü bunları söylədi: İran İslam Respublikası Azərbaycan xalqının ikinci vətəni hesab edilir. Bizlər İranlı şəhidlərlə fəxr etdiyimiz kimi Xocalı şəhidlərini də salamlıyıriq.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Ayətullah Muhsin Müçtehid Şəbistəri Azərbaycan Respublikası dini qurumlarla iş üzrə dövlət komissiyasının üzvlərindən bir qrupla keçirdiyi görüşdə Xocalı şəhidlərini xatırlayaraq, Ermənistan dövlətini müsəlmanların hüquqlarına qarşı qəsbkar və təcavüzkar sayaraq bunları söylədi: tarixi sənədlərə görə Qarabağ Azərbaycan Respublikasına aiddir və işğalçılardan azad edilməlidir.

Ayətullah Xameneininin Şərqi Azərbaycan nümayəndəsi, Həzrəti Fatimə Zəhranın (S.Ə) şəhadət günləri münasibətiylə başsağlığı diləyərək bunları söylədi: Sionist rejim Fələstini qəsb etdiyi kimi ermənilər də Qarabağı işğal etmişlər; əlbəttə Fələstini qəsb yanında Fələstinli Müsəlmanları davamlı əziyyət edirlər və döyüş halındadırlar. Amma Qarabağda hələlik müharibə yoxdur; lakin hər halda Qarabağın işğalı və müsəlmanların hüquqlarına təcavüz nəzərə alınmalıdır.

Dünya Əhlibeyt (ə) Qurultayının Yüksək Şura üzvü, müsəlmanların bu vəziyyətdə dinlərini və birliklərini qorumaları lazım olduğunu vurğulayaraq bunları söylədi: İmam Xomeyni (r.ə) buyururdu ki: Hər müsəlman İsrailə bir vedrə su tökərsə İsraili su yox edər; buna görə əgər müsəlmanlar bir olsalar döyüşə gərək qalmaz və düşmənlərin özü geri addım atar.

Ayətullah Xameneininin Şərqi Azərbaycan nümayəndəsi, xüsusilə Amerika və İsrailin Müsəlmanlar arasında qövmü və məzhəbi ixtilaflar meydana gətirərək ayrılıq icad etmək istədiklərinə toxunaraq bunları söylədi: Bütün müsəlmanlar bir-birləriylə qardaşdırlar və bu İslami qardaşlığın gərəyi, müsəlmanlar arasında vəhdət və könül birliyinin olmasıdır. Buna görə müsəlmanlar xarici malları almaqdan çəkinməlidir və öz yerli istehsallarından yararlanmalıdırlar. Təəssüf ki, İran və Azərbaycanda xarici mallar çoxdur; buna görədə Müsəlmanların sərvətləri düşmənlərin cibinə axır.

Ayətullah Xameneininin Şərqi Azərbaycan nümayəndəsi, medianın Qarabağ mövzusundakı əvəzolunmaz vəzifəsinə işarə edərək bunları söylədi: Jurnalistlər və yazarlar Qarabağ haqqında ki tarixi sənədləri ortaya çıxararaq onlardan səmərəli şəkildə istifadə edə bilərlər. Elmi və mədəni fəaliyyət indiki zamanda qanlı qarşıdurmalardan daha yaxşı nəticə verməkdədir. Ayətullah Şebisteri, İranın hər zaman haqqı müdafiə etdiyini və müdafiə edəcəyini bəyan edərək bunları söylədi: Azərbaycan Respublikası müsəlman bir ölkədir və hər zaman İranın hörmət etdiyi bir ölkədir. İran İslam Respublikası Azərbaycan xalqının ikinci vətəni hesab edilir.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Etiketlər