18 fevral 2017 - 13:57
T.Ərdoğan: “Referendumdan sonra edam cəzası geri qayıdacaq”

Rəcəb Tayyib Ərdoğan: “Referendumdan sonra edam cəzası geri qayıdacaq və qanuniləşəcək.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəhrəmanmaraşda Müftilik meydanında çıxış edib.

Çıxışı zamanı ölkədəki ictimai və siyasi proseslərə toxunan Rəcəb Tayyib Ərdoğan referenduma da toxunub.

O, çıxışında iddia edib ki, bəziləri referendumun məqsədini dəyişməyə cəhd edir.

Ərdoğan çıxışı zamanı edam qərarının yenidən geri qaytarılmasından da danışıb.

Prezident bəyan edib ki, referendumdan sonra edam cəzası geri qayıdacaq və qanuniləşəcək.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır