14 fevral 2017 - 15:50
İran, Pakistandakı terror aktına öz etirazını bildirib.

İran Xarici İşlər Nazirliyi, Pakistanın Lahor şəhərində meydana gələn terror hücumunu şiddətlə qınadı.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə-İran Xarici işlər nazirliyi Spikeri Bəhram Qasimi, verdiyi açıqlamasında, Pakistanın Lahor şəhərində meydana gələn və çox sayda adamın həyatını itirməsinə səbəb olan terror hücumunu qınadı.

Bu hücum səbəbiylə Pakistan dövləti və xalqına başsağlığı diləyən Qasımi, "Terror təşkilatları bu cür vəhşicəsinə törədilən hücumlarla bölgənin terrorla mübarizədəki iradəsinə təsir edə bilməz.

Qasımi, terrorla mübarizədə İranın Pakistan dövləti və xalqının yanında olduğunu vurğuladı.

Diqqət! Xəbərdən istifadə etdikdə mənəbyə istinad lazımdır!

Etiketlər