9 fevral 2017 - 20:35
ABŞ-ın ilk hicablı olimpiyaçısı Trampın viza qadağasına görə gömrükdə saxlanılıb

ABŞ-ı təmsil edən ilk hicablı idmançı İbtihac Məhəmməd viza qadağası səbəbilə ABŞ-a daxil olan vaxt gömrükdə saxlanıldığını açıqlayıb.

Əhlibryt(ə)Xəbər Agentliyi- İbtihac  Məhəmməd saytların birinə verdiyi müsahibədə belə qeyd edib: "İki həftə əvvəl gömrük məntəqəsində 2 saatlığa saxlanılmışam. Belə bir şeyin niyə başıma gəldiyini bilmirəm, ancaq onu bilirəm ki, mən müsəlmanam. Ərəb mənşəli bir adım var".

31 yaşlı idmançı, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi viza qadağasının 7 müsəlman ölkəsindən daha geniş miqyaslı olduğunu vurğulayıb: "Buna hicablı müsəlman bir qadın kimi mən də məruz qaldım".

Əvvəllər də "Ölkəmdə özümü güvəndə hiss etmirəm" deyərək, Nyu Yorkda yaşadığı diskriminasiyalardan danışan Məhəmməd belə deyib: "Hər nə qədər ABŞ-ı təmsil etsəm də və olimpiya lisenziyasına malik olsam da, necə görünməyim və insanların qavrama tərzi dəyişmir".

Qeyd edək ki, İbtihac Məhəmməd Rio-2016 olimpiya oyunlarında ABŞ-ın ilk hicablı olimpiya idmançısı kimi mübarizə aparmışdır və bürünc medal qazanaraq ölkəsinə qayıtmışdır.

Etiketlər