Əhlibeyt (ə) Xəbər Agentliyi- İssam Zahrəddin açıqlamasında: İŞİD yaraqlılarının şəhərin bir neçə məhəlləsinə qarşı son hücumundan sonra, yerli sakinlərin ərzaq, dərman və yanacaq yardımı aldığı hava limanı ilə əlaqənin kəsildiyini, bu səbəblə Suriya ordusunun müdafiədən hücuma keçdiyini söyləyib.
Makabir bölgəsində hücuma keçən Suriya ordusunun 3 kilometrlik cəbhə boyunca 1500 metr irəlilədiyini bildirən Zahrəddin, qarşıdurmanın fasiləsiz olaraq davam etdiyini qeyd edib: "Hava qüvvələrinin Makabirdəki hücumlarında 14 nömrəli yüksəklikdə 15 terrorçu öldürüldü. Aralarında İŞİD-in pilotsuz kəşfiyyat təyyarəsilə əməliyyatlar təşkil edən komandanı Əbu Məhəmməd Əl-Adnan və səhra komandiri Əbu Vəlid Əl-Tarablusi də var".
Zahrəddin həmçinin hava hücumlarında İŞİD lideri Əbubəkr Əl-Bağdadinin oğlunun yaralandığını, bir neçə dostunun isə öldürüldüyünü qeyd edib.
Diqqət!Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!