Əhlibeyt(ə) Xəbər Agentliyinin verdiyi məlumata əsasən-əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani İslam İnqilabının qələbəsinin ildönümü münasibətilə əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 631 məhbusun əfv olunması, cəzasının yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi xahiş olunur. Ali Rəhbər həmin təklifi müsbət cavablandırıb və fərman imzalayıb.
Qeyd edək ki, fevral ayının 11-i İslam İnqilabının qələbəsinin 38-ci ildönümüdür.