8 fevral 2017 - 12:53
Qondarma İsrail dövləti döyüşə hazırlaşır

İsrailli nazir Yoav Galant, gələcək yaza Həmas ilə döyüşə hazır olmaq lazımdır deyə bildirib.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə- İsrailli nazir Yoav Galant, gələcək yaza Həmas ilə döyüşə hazır olmaq lazımdır deyə bildirib. İsrail ordu radiosuna danışan nazir Yoav Galant, "Gələcək yazda Həmas ilə döyüşə hazır olmalıyıq" deyə vurğulayıb. İsrail Təhsil naziri və Yəhudi Evi Partiyası lideri Naftali Bennett də Qəzzaya istiqamətli bir döyüşün uzaq olmadığını söylədi. Benett, "Bir sonrakı döyüş yaxındır" deyə açıqlama verib. Əsl sual döyüş olub olmayacağı deyil, döyüşün nə zaman baş verəcəyidir. Qəzza və Livanda İsrailin varlığına istiqamətli təhdidlərin davam etdiyini iddia edən Benett, "İsrail sərt bir şəkildə cavab verməlidir. İsrailin savaşı bərabərliklə sona çatdırması deyil zəfər qazanması lazımdır "deyə bildirib.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

 

Etiketlər